İran və Rusiya arasında enerji əməkdaşlıqları üzrə anlaşma
https://azeri.sahartv.ir/news/İran-i250706-İran_və_rusiya_arasında_enerji_əməkdaşlıqları_üzrə_anlaşma
İran İslam Respublikasının neft naziri və Rusiyanın energetika nazirinin iştirakı ilə, İranın milli neft şirkəti ilə Rusiyanın Qazprom şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 13, 2016 09:36 Asia/Baku
  • İran və Rusiya arasında enerji əməkdaşlıqları üzrə anlaşma
    İran və Rusiya arasında enerji əməkdaşlıqları üzrə anlaşma

İran İslam Respublikasının neft naziri və Rusiyanın energetika nazirinin iştirakı ilə, İranın milli neft şirkəti ilə Rusiyanın Qazprom şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb.

İRİB-nin verdiyi məlumata görə, bu gün səhər çağı Tehranda imzalanan bu əməkdaşlıq sənədinə görə, İranın qərbində Çeşmexoş və Çənqulə neft yataqları üzərində araşdırmalar Rusiya şirkətinə tapışırılıb. 

Əməkdaşlıq sənədinə İranın Milli Neft Şirkətinin tərəfindən Mərkəzi ərazilərin neft şirkətinin icraçı direktoru Səlbəli Kərimi, Rusiya tərəfindən isə Qazprom şirkətinin icraçı müdiri Aleksandr Dekov qol çəkiblər. 

İranın neft naziri Bijən Zəngənə Rusiyanın energetika naziri Aleksandr Novak ilə görüşündə deyib: Bu anlaşma sənədinin imzalanması ilə, araşdırılması rus şirkətlərinin öhdəsinə qoyulan neft yataqlarının sayı 7-ə çatıb və beləliklə İranda neft yataqları üzərində araşdırma əməliyyatları sahəsində Rusiya ən əsas paya malikdir. 

Tehranda keçirilməkdə olan İran-Rusiya iqtisadi əməkdaşlıqlar üzrə müştərək komissiyanın 13-cü iclasında komissiyanın həmsədrləri olan Rusiyanın energetika naziri Aleksandr Novak və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizinin iştirakı ilə, iki ölkənin iqtisadi əməkdaşlıqlarının yol xəritəsi sənədinin imzalanacağı gözlənilir.