Əli Laricani: İran ABŞ-ın yeni sanksiyalarına qarşı bir paket hazırlayıb
Dek 15, 2016 11:26 Asia/Baku
İranın İslami Şura Məclisinin sədri deyib: İran İslam Respublikası ABŞ-ın yeni sanksiyaları ilə qarşılaşmaq üçün araşdırılmış bir paket hazırlayıb.
İRİB-nin verdiyi məlumata görə, İran parlamentinin sədri Əli Laricani dünən İranın şimalında yerləşən Qorqan şəhərində Amerikanın İrana qarşı yeni sanksiyaları barədə deyib: Bu mövzu İranın Ali Milli Təhlükəsizlik Şurasında eləcə də İranın Nüvə Şurasında müzakirə edildi, müəyyən qərarlar verilə və uyğun rəftarlar ediləcək.
İranın İslami Şura Məclisinin sədri deyib: İranın nüvə müzakirələri ən çətin regional məsələləri beynəlxalq səviyyədə danışıq yolu ilə həll etməyin mümkünlüyünü göstərdi
Laricani deyib: Nüvə mövzusu dünyaya İranın diplomatiya və müzakirə tərəfdarı olduğunu göstərdi.