Laricani: İslam ümmətinin birliyinə zərbə vurmaq ən böyük xəyanətdir
İran İslam Şurası Məclisinin sədri deyib: Terrorçular bəzi region ölkələrinin həmkarlığı ilə müsəlmanların birliyinə zərbə vururlar.
İran İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün Qorqan şəhərində Gülüstan vilayətinin 4 min şəhidinin anım mərasimində əlavə edib: Ən böyük xəyanət müsəlmanların birliyinə zərbə vurmaqdır ki, bəzi region ölkələri bu yolda terrorçularla həmkarlıq edirlər.
Laricani bəzi region ölkələrinin təfriqə salmaq üçün sionist rejimlə həmkarlıq etmələrini zəlillik mənbəyi adlandırıb və belə deyib: Müsəlmanların ilk problemi, təfriqədir və bəzi region ölkələri və terrorçular müsəlmanların birliyini hədəfə alıblar.
İran İslam Şurası Məclisinin sədri söyləyib: Şiə və sünni bilməlidirlər ki, ifratçılıq müsəlmanların başına nə bəlalar gətirir və hal-hazırda müsəlmanların problemi, tərfiqədir.
Laricani əlavə edib: Bütün islami qruplar zəruri üsul və fürularda eynidirlər və bir-birilərinə qarşı silah götürməməlidirlər.
İran İslam Şurası Məclisinin sədri İranda asayişin mövcud olmasına da toxunubdur: Bəzi region ölkələrinin hərbi təchizatları İrandakından çoxdur, amma həmişə təhdid şəraitində yaşayırlar və düşmənlərin etiraflarına görə, İran Asiyanın qərbində davamlı təhlükəsizliyiə malik olan yeganə ölkədir.