İranın Ankaradakı səfirliyinin reaksiyası
-
İranın Ankaradakı səfirliyinin reaksiyası
İran İslam Respublikasının Ankaradakı səfirliyi bəzi Türkiyə medialarının Suriyanın Hələb şəhərinin azad edilməsi məsələsində İrana qaşrı qanunsuz atmosfer yaratmalarına reaksiya verib.
IRIB-nin məlumatına görə, İran İslam Respublikasının Ankaradakı səfirliyi bu gün bir bəyanatda bildirib ki, İranın Türkiyədəki səfirliyi İŞİD, Cibhətunnusrə və digər terror qruplarının himayədarlarının tabeliyində olan media və təbliğat aparatından təsir alan Suriyanın Hələb şəhəri barədə yalan məlumat və iddiaların yayılması və bəzi atmosfer yaratmaları təkzib edir.
İran İslam Respublikasının Ankaradakı səfirliyi bu bəyanatda vurğulayıb: İranın prinsipial siyasəti, terrorizm və ekstremizm ilə mübarizə üçün qonşularla əlaqələrin inkişafı, Suriya xalqının dərdi və əzablarının azalmasına kömək və bu ölkənin ərazi bütövlüyünün qorunması üçün həmkarlıq olub və diplomatik koordinasiyaları da məhz bu çərçivədə Türkiyə rəsmiləri ilə izləyəcəkdir.
Bəzi Türkiyə mediaları Suriyanın ordusu və xalq müqavimət qüvvələrinin Hələb şəhərindəki qələbəsindən sonra ardıcıl şəkildə və hər bir fürsətdə heç bir fakt və sənəd təqdim etmədən öz zənnlərincə, Suriya ordusu və İranı Hələbdə mülkiləri qırmaqda ittiham edirlər.
Belə bir halda, Qərb və Türkiyənin dəstəklədikləri terrorçular Hələbin şərqini işğal etdikləri 2012-ci ildən bəri hər gün müxtəlif üsullarla günahsız Suriya xalqını bu məntəqədə qətli-am edirlər.