General-leytenant Səfəvi: Hələbin azad edilməsi Suriyanın bölünməsi planının uğursuz qalması deməkdir
-
General-leytenant Səfəvi: Hələbin azad edilməsi Suriyanın bölünməsi planının uğursuz qalması deməkdir
İranın Silahlı Qüvvələrinin Ali Baş Komandanının köməkçisi və baş müşaviri Suriyanın şimalında yerləşən Hələb şəhərinin terrorçuların işğalından azad edilməsini bu ölkənin bölünməsi fitnəsinin məğlub olması adlandırıb.
İranın Silahlı Qüvvələrinin Ali Baş Komandanının köməkçisi və baş müşaviri general-leytenant Seyid Yəhya Rəhim Səfəvi bu gün Tehranda keçirilən Beynəlxalq İslam Birliyi Konfransının kənarında IRIB müxbiri ilə müsahibədə ümidvarlıq edibdir ki, Hələbin azad edilməsindən sonrakı nəticə, Riqqə, Diyrəlzur və bütün Suriya torpaqlarının işğalçılardan azad edilməsi olacaq.
Suriya ordusu çərşənbə axşamı günü gecə bu ölkənin şimalında yerləşən Hələb şəhərini beş iş işğaldan sonra tam şəkildə terrorçuların işğalından azad edibdir.
General-leytenant Səfəvi terrorizmi himayə edən region ölkələrinə xəbərdarlıq edərək deyib: Biz terrorizmi himayə edən ölkələrə deyirik ki, bir tərəfi sionistlər olan bir planda amerikalıların əlində bir alət olmasınlar.
İranın Silahlı Qüvvələrinin Ali Baş Komandanının köməkçisi və baş müşaviri əlavə edib: Bu, beynəlxalq bir reallıqdır ki, İran, Rusiya, Suriya, İraq və Livan Hizbullahı koalisiyasından təşkil olunmuş müqavimət mehvəri zəfər çalıbdır və bu qələbələrin davamı İraqın şimalındakı Mosul şəhərini İŞİD terror qrupunun işğalından çıxaracaqdır.