Dek 16, 2016 13:49 Asia/Baku
  • İnqilab Rəhbəri bir qrup məhbusun əfvi ilə razılaşıblar
    İnqilab Rəhbəri bir qrup məhbusun əfvi ilə razılaşıblar

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Məhəmməd Mustafa (s.ə.s) və İmam Cəfər Sadiqin (ə) səadətli viladətləri ərəfəsində bir qrup məhbusun əfvi və cəzasının yüngülləşdirilməsi ilə razılaşıblar.

İslam İnqilabının Böyük Rəhbərinin informasiya portalının məlumatına görə, Həzrət Məhəmməd Mustafa (s.ə.s) və İmam Cəfər Sadiqin (ə) səadətli viladətləri ərəfəsində İslam İnqilabının Böyük Rəhbəri min iki yüz otuz bir məhbusun əfvi və ya cəzasının yüngülləşdirilməsi ilə bağlı qərarla razılaşıblar.

Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amuli Laricani İslam İnqilabının Böyük Rəhbərinə ünvanladığı məktubda əlaqədar komissiyada lazımi şəraitə malik olduğu müəyyənləşdirilən min iki yüz otuz bir məhbusun əfv və ya cəzasının yüngülləşdirilməsini təklif etmişdi. Təklif İslam İnqilabının Böyük Rəhbəri tərəfindən müsbət qarşılanıb.

Teqlər