"Hələbin azadlığı islam düşmənlərinin məkrli planlarını zərərsizləşdirdi"
Tehranın bu həftəki cümə namazı xətibi deyib: Suriya ordusu və müqavimət ölkənin şimalında Hələbi terrorçuların işğalından azad etməklə islam düşmənlərinin məkrli planlarını zərərsizləşdirdilər.
Ayətullah Məhəmməd İmami Kaşani Tehranın bu həftəki cümə namazının xütbələrində Suriyanın şimalında Hələb şəhərinin terrorçuların işğalıdnan azad olunması ilə əlaqədar hamını təbrik edərək deyib: Suriya ordusu və müqavimət terrorçulara qalib gəlməklə sionist rejim, ABŞ və Səudiyyə Ərəbistanına qalib gəldi.
Ayətullah İmami Kaşani Suriya və İraqda terrorçuların cinayətləri və reallıqların əks cilvələndirilməsini pisləyərək əlavə edib: Sionist rejimin dəstəyinə malik terrorçular bu cinayətlərlə islam dünyasının əsas məsələsi olan Fələstin məsələsinin unudulmasını istəyirlər.
Tehranın cümə namazı xətibi islam dünyasının problemlərini sionist rejim, ABŞ və Ali-Səud adlandırıb və əlavə edib: düşmənlər qarşısında müqavimət islam dünyasının xilas yoludur.
Ayətullah İmami Kaşani həmçinin sionist rejimin məhvi yolunu bu rejimin işğalçılığı və cinayəti qarşısında müqavimət adlandırıb və əlavə edib: Fələstin xalqı İsrailin məhvinə qədər Qüdsü işğal etmiş rejimə qarşı mübarizəni davam etdirəcək.
Tehranın bu həftəki cümə namazı xətibi xatırladıb: Tezliklə İraq və Suriya əraziləri terrorçuların işğalından azad ediləcək.
Ayətulllah Məhəmməd İmami Kaşani həmçinin öz sözlərinin davamında Amerikanın İran əleyhinə sanksiyalarının 10 il müddətinə uzadılmasına toxunaraq deyib: Bu sanksiyalar Əhatəli Müştərək Təşəbbüs Proqramını pozur.
Tehranın cümə namazı xitabətçisi İran İslam Respublikasının izzət və iqtidarla öz yolunu davam etdirdiyini və kimsədən qorxmadığını bəyan edərək söyləyib: İslam Respublikası nüvə anlaşması haqda sadiqdir və nüvə anlaşmasının ABŞ tərəfindən pozulması dünyaya sübut olunub.
Ayətullah Məhəmməd İmami Kaşani bildirib: İslam Respublikası Amerikanın nüvə anlaşmasını pozması qarşısında məntiqli və qətiyyətli qərarlar verəcək.
ABŞ prezidenti Barak Obama cümə axşamı günü icazə verdi ki, İran əleyhinə sanksiyaların müddəti uzadılsın. Lakin sürpriz bir şəkildə İran əleyhinə sanksiyalarını icraya qoyan qanunu imzalamaqdan boyun qaçırdı.
Tehranın cümə namazı xətibi həmçinin əziz islam peyğəmbəri (s.ə.s) və dünya şiələrinin 6-cı imamı İmam Cəfər Sadiqin (ə) səadətli vilaətləri münasibəti ilə hamını təbrik edib və deyib: Hamı təqva nuru ilə həyatı nurlu etməlidir.