Dek 16, 2016 20:21 Asia/Baku
  • Türkiyə baş naziri İranın vitse-prezidenti ilə Hələb barədə telefonla danışıb
    Türkiyə baş naziri İranın vitse-prezidenti ilə Hələb barədə telefonla danışıb

İran İslam Respublikasının vitse-prezidenti İshaq Cahangiri cümə günü Türkiyə baş naziri Binəli Yıldırımla telefon söhbətində Suriya olayları və bu ölkənin müxtəlif bölgələri, o cümlədən Hələbdə sivillərin ağır və qeyri-münasib şəraitinə toxunaraq deyib: Region məsələləri İran və Türkiyənin əməkdaşlığı və koordinasiyalarının artması ilə daha tez həll olunur.

Cahangiri əlavə edib: Suriyada münaqişə bölgələrinə humanitar yardımlar tezliklə göndərilməlidir və bu istiqamətdə İran İslam Respublikası Suriyaya humanitar yardım göndərməyə hazırdır.

Türkiyə baş naziri bildirib: İran və Türkiyənin Suriya və İraqda əməkdaşlığı önəmlidir. Çünki iki ölkə regionda təsiredici rola malikdir və bir-biri ilə əməkdaşlıq etməklə regiona qarışı planlaşdırılan məkrli planları zərərsizləşdirə bilərlər.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif də türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Suriya və Hələb olayları barədə fikir mübadiləsi aparıb.

Teqlər