Salehi: İran nüvə anlaşmasını pozan tərəf olmayacaq
İranın Atom Enerjisi Təşkilatının sədri deyib: İran İslam Respublikası Əhatəli Müştərək Təşəbbüs Proqramını pozan tərəf olmayacaq, qarşı tərəfin bu işi görməsi istisna olmaqla.
İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bazar günü Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukio Amano ilə Tehranda görüşdükdən sonra mətbuat konfransında agentliyin indiyə qədər İranın nüvə proqramı barədə yayımladığı hesabatlara toxunaraq xatırladıb: Agentliyin hesabatalrı İranın nüvə anlaşmasına əsasən öz öhdəliklərinə sadiq qaldığına əsaslanır.
Amano ilə danışıqlarda ağır su, zənginləşdirilmiş uran və inkişaf və araşdırma məsələlərinə diqqət yetirildiyini bəyan edən Salehi bildirib: İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin həmişə tərəfsiz bir dairə olaraq addım atmasını istəyir və onun hesabatları bir tərəfin təsiri və ya nüfuzu altında olmamalıdır.
İranın Atom Enerjisi Təşkilatının sədri həmçinin motorların zənginləşdirilməsini önəmli texniki məsələ adlandırıb və deyib: Amano ilə İran prezidentinin fərmanlarının detalları və nüvə motorları barəsində danışıqlar aparıldı.
İranın Atom Enerjisi Təşkilatının sədri əlavə edib: Nüvə məsələsində İran əlibağlı deyil və lazım olduğu hər bir işi görəcəkdir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukio Amano da nüvə anlaşmasının icrası prosesindən razı qaldığını bəyan edərək deyib: İran nüvə anlaşmasının icrasında öz öhdəliklərini yerinə yetirib.
Amano nüvə anlaşmasının icrası prosesinin davam edəcəyindən ümidvarlıq edib.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin baş direktoru İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehinin dəvəti ilə Tehrana bir günlük səfər edib.