XXX İslam Vəhdəti Konfransı önəmli məsələləri diqqət mərkəzində saxlayıb
-
XXX İslam Vəhdəti Konfransı önəmli məsələləri diqqət mərkəzində saxlayıb
30-cu İslam Vəhdəti Beynəlxalq konfransı üç gün ərzində Tehranda bir çox önəmli məsələləri, o cümlədən müsəlmanlar arasında vəhdət və birliyi diqqət mərkəzində saxlayıb.
Urmiyənin sünni imam cüməsi Molla Əbdülqadir Bizavi deyib: İslam İnqilabının Böyük Rəhbərinin əcnəbilərin hücumları ilə mübarizədə təkanverici buyruqları vardır. Onları diqqət mərkəzində saxlamaq lazımdır. Ölkədə və ölkədən kənarda müsəlmanların birliyi əsaslı məsələdir. Bu iclasın kənarında müxtəlif komissiyaların iclaslarının keçirilməsi də çox müsbət təsirə malik olacaq.
İraq Kürdüstanıın Din Alimləri Birliyinin məsul şəxsi Nəcməddin deyib: Bu iclasın təşkilatçılığı üçün İran İslam Respublikası rəsmilərinə sonsuz təşəkkür edirəm. Regionun strateji şəraitini nəzərə alaraq bu iclas müsəlmanların həmrəyliyi və birliyinə kömək edə bilər. Müsəlmanlar arasında əlaqəni möhkəmləndirə bilər. Əsasən müsəlman sakinli bölgələrdə terrorizmlə mübarizənin yeganə yolu, həmin birlikdir.
Pakistanlı yazar deyib: Bu konfrans müsəlmanların vəhdətinə əsaslı kömək edir. Pakistanda müsəlmanların ixtilafı bu gün Pakistanın belə böhranla üzləşməsinə səbəb olmuşdur. Halbuki əgər vəhdətə tam şəkildə əməl edərsək, müsəlmanlar arasında təfriqəyə heç yer qalmayacaqdır.
General Səfəvi deyib: İslam Konfransı Təşkilatına üzv 57 ölkə xalqlar və dövlətlər səviyyəsində həmrəyliyə çata bilərlər. Ümidvarıq ki, belə konfranslar ilk öncə islam dövlətləri və xalqlarının ideologiyasında həmrəyliyin yaranmasına kömək edəcək. Sonra isə strateji olaraq, mədəniyyət, incəsənət, iqtisadiyyat, ticarət və elm sahələrində bir-birləri ilə mübadilə edə bilərlər.