May 28, 2025 13:33 Asia/Baku

Məsud Pezeşkianın Omana rəsmi səfəri zamanı iki ölkənin yüksək səviyyəli rəsmiləri arasında 18 əməkdaşlıq sənədi imzalanıb.

Prezident Pezeşkianın Omana rəsmi səfəri ilə eyni vaxtda iki ölkənin yüksək səviyyəli rəsmiləri arasında 18 birgə əməkdaşlıq sənədi imzalanıb.

Bu sənədlər hüquqi, iqtisadi, siyasi, mədəniyyət, təhsil, səhiyyə, müdafiə, media, texnologiya, enerji, mədənçıxarma sahələrində ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi və əlaqələrin genişləndirilməsi məqsədi ilə iki ölkənin rəsmi şəxsləri arasında imzalanıb.

Həmçinin, mərasimin kənarında iki ölkə arasında mədəni və tarixi əlaqələrin rəmzi olaraq,  İran İslam Respublikası və Oman Sultanlığının  müştərək xatirə poçt markası təqdim olunub. 

Məsud Pezzekian Oman kralı Heysəm bin Tariq Ali Səidin rəsmi dəvəti ilə dünən iki günlük səfər üçün Maskata gedib. 

Rəsmi qaşılanma mərasimindən sonra prezident Pezeşkian Qəsr Əl-Elmdə Oman kralı ilə görüşüb və sonra iki ölkənin yüksək səviyyəli nümayəndə heyətlərinin birgə görüşü keçirilib.