İran ilə Qazaxıstan arasında beş əməkdaşlıq sənədi imzalanıb
-
İran ilə Qazaxıstan arasında beş əməkdaşlıq sənədi imzalanıb
İran prezidentinin Qazaxıstana səfəri gedişində iki ölkə arasında beş əməkdaşlıq sənədi imzalanıb.
IRIB-nin məlumatına görə, bu sənədlər ticarətin asanlaşdırılması istiqamətində İranın Mərkəzi Bankı ilə Qazaxıstan Milli Bankının həmkarlığı, turizm, əmək və sosial təminat, Xəzər dənizində gəmiçilik və mal-qaranın karantin edilmələri sahələrində imzalanıbdır.
İran prezidenti Həsən Ruhani dünən gecə Qazaxıstanın paytaxtı Astanaya daxil olub və bu gün səhər həmin ölkənin prezidenti Nursultan Nazarbayev tərəfindən rəsmi surətdə qarşılanıbdır.
Həsən Ruhani və Nursultan Nazarbayev qarşılanma mərasimindən sonra müxtəlif sahələrdə hərtərəfli həmkarlıqlar və əlaqələrin genişləndirilməsi, eləcə də Tehran-Astana əlaqələrində hərəkət və sıçrayışın yaradılması barədə danışıblar.