Dek 23, 2016 09:43 Asia/Baku
  • Amerika bu ölkə istehsalı olan bəzi malların İrana ixracını azad elan edib
    Amerika bu ölkə istehsalı olan bəzi malların İrana ixracını azad elan edib

Amerika bu ölkə istehsalı olan bəzi malların İrana ixracını azad elan edib.

IRNA-nın məlumatına görə, Amerika Xəzinə Departamenti bildirib ki, cümə günü İrana ixrac oluna biləcək tibb və kənd təsərrüfatı mallarının yeni siyahısını yayacaq.

Amerika Xəzinə Departamenti həmçinin bildirib ki, bu departamentin xarici maliyyələr idarəsi "İrana qarşı əməliyyat və sanksiyalar" qaydalarına əlavələr edibdir ki, İrana ixrac oluna biləcək tibb və kənd təsərrüfatı mallarının siyahısı genişlənmiş olsun.

Bu departament əlavə edib: Sanksiyaları götürülən yeni mallar ehtiyat hissələri, proqram təminatı və icra xidmətləri, bəzi vasitələrin saxlanılması və təmirinə şamil olur.

Yeni siyahıda bəzi hüquqi terminlər də yenidən tərif olunubdur.

Teqlər