İran ilə Qırğızıstan arasında beş əməkdaşlıq sənədi imzalanıb
-
İran ilə Qırğızıstan arasında beş əməkdaşlıq sənədi imzalanıb
İran İslam Respublikası prezidenti Həsən Ruhani və Qırğızıstan prezidenti Almazbek Atambayev bu gün Qırğızıstan prezident sarayında görüşərək, ikitərəfli münasibətlərin genişləndirilməsi, eləcə də müxtəlif regional və beynəlxalq məsələlər barədə danışıblar.
İran İslam Respublikası və Qırğızıstan prezidentlərinin görüşü və ikitərəfli müzakrəsindən sonra Həsən Ruhani və Almazbek Atambayevin iştirakı ilə iki ölkə əməkdaşlıq üzrə beş anlaşma sənədi imzalayıb.
İnformasiya texnologiyaları və rabitə sahəsində həmkarlıq; narkotik maddələr istehsalı, qaçağı və istehlakı ilə mübarizə; mədəniyyət və incəsənət mübadilələri; informasiya və turizm; səhiyyə və tibb; əmək və sosial sahədə əməkdaşlıq barədə sənədlər beş həmkarlıq memorandumu olubdur ki, ikitərəfli münasibət və əməkdaşlıqların genişləndirilməsi və gücləndirilməsi istiqamətində iki ölkənin rəsmiləri tərəfindən imzlanıbdır.
Həmçinin bu səfər gedişində İran və Qırğızıstanın 2016-2026-cı illlər üçün nəzərdə tutulmuş uzunmüddətli əməkdaşlıqları proqramı və iki ölkənin müştərək bəyanatı da yayılıb.
İran prezidenti özünün Mərkəzi Asiyaya olan dövri səfərinin sonuncu etapında dünən gecə Bişkekə daxil olub və bu şəhərin hava limanında Qırğızıstan prezidenti Almazbek Atambayev tərəfindən rəsmi surətdə qarşılanıbdır.