İran Rusiya xalqı və dövlətinə başsağlığı verdi
https://azeri.sahartv.ir/news/İran-i252953-İran_rusiya_xalqı_və_dövlətinə_başsağlığı_verdi
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Rusiyaya aid bir ədəd təyyarənin Qara Dəniz üzərində uçarkən süqut etməsi hadisəsindən təəssüfləndiyini deyərək, Rusiya xalqı və dövlətinin kədərinə şərik çıxıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 25, 2016 13:14 Asia/Baku
  • İran Rusiya xalqı və dövlətinə başsağlığı verdi
    İran Rusiya xalqı və dövlətinə başsağlığı verdi

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Rusiyaya aid bir ədəd təyyarənin Qara Dəniz üzərində uçarkən süqut etməsi hadisəsindən təəssüfləndiyini deyərək, Rusiya xalqı və dövlətinin kədərinə şərik çıxıb.

İran XİN sözçüsü Bəhram Qasemi TU-154 təyyarəsinin süqut etməsi niəticəsində 90 nəfərin həyatını itirməsinə görə Rusiya dövlətinə və hadisə qurbanlarının yaxınlarına başsağlığı verib. 

Rusiya Müdafiə Nazirliyinə məxsus təyyarə bazar günü Soçi hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra süqut edib. Suriyanın Latakya liman şəhərinə doğru istiqamət alan bu təyyarə Qara dənizə düşüb. Bu təyyarədə jurnalistlər, hərbçilər, Aleksandrov musiqi qrupunun üzvləri olublar. Təyyarənin qalıqları Soçi sahillərində, Qara dəniz sularında aşkar edilib.