Dek 27, 2016 10:03 Asia/Baku
  • Məşhəd İslam ölkələri qadınlarının ənənəvi xalq oyunları olimpiya yarışlarına ev sahibliyi edəcək
    Məşhəd İslam ölkələri qadınlarının ənənəvi xalq oyunları olimpiya yarışlarına ev sahibliyi edəcək

İslam ölkələri qadınlarının ənənəvi xalq oyunları olimpiyası 2017-ci ildə Məşhəd şəhərində baş tutacaq mühüm hadisələrdən biridir.

İRİB-nin verdiyi məlumata görə, Rəzəvi Xorasanı ostanı üzrə İdman və Gənclər Baş İdarəsinin müdiri  Kuruş Səburiyandeyib: Bu olimpiya oyunları 12 fevral 2017-ci il tarixində 6 İslam ölkəsindən gələcək qadın idmançıların iştirakı ilə start götürəcək.

Kuruş Səburiyan əlavə edib: Məşhəd şəhərinin 2017-ci il üçün İslam Dünyasının mədəniyyət paytaxtı seçilməsi  Məşhəd şəhərinin dünyaya tanıtdırılması üşün tarixi fürsət sayılır. 

İslam Ölkələrinin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) Məşhəd şəhərini 2017-ci il üçün İslam Dünyasının mədəniyyət paytaxtı elan edib. 

Teqlər