"Vilayət Səması Müdafiəçiləri - 7" manevrinin 2-ci günü
İran İslam Respublikası ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın müştərək və ölkə səviyyəsində keçirilən "Vilayət Səması Müdafiəçiləri - 7" manevrinin 2-ci günü İranın cənub və cənub-qərb məntəqələrində təyin edilmiş hədəflərin yerinə yetirilməsi ilə uğurlu şəkildə icra edilib.
Bu gün "Vilayət Səması Müdafiəçiləri - 7" manevrinin 2-ci günündə manevr məntəqəsində yerləşən hərbi bölmələr əks-hücum ssenarilərini icra ediblər.
Xəyali düşmənin aşkar edilməsi, düşmənin izlənilməsi, düşmənlə döyüş və düşmənin İran ordusunun Xatəmülənbiya Qərargahının aşağı və orta yüksəkliklər üçün olan yerli raket sistemlərindən istifadə etməklə məhv edilməsi "Vilayət Səması Müdafiəçiləri - 7" manevrinin 2-ci günündə icra edilən ssenarilərdən olub.
Xatəmülənbiya hava hücumundan müdafiə qərargahının komandanı general Fərzad İsmaili "Vilayət Səması Müdafiəçiləri - 7" manevrinin keçirilməsində məqsədin İranın hava hücumundan müdafiə şəbəkəsinin vahid və mütəşəkkil formada fəaliyyət göstərməsini təmin etmək adlandırıb.
Bu manevr 5 gün davam edəcək.