Dek 30, 2016 16:23 Asia/Baku
  • Ayətullah Məhəmməd Əli Müvəhhidi Kirmani
    Ayətullah Məhəmməd Əli Müvəhhidi Kirmani

Tehranın bu həftəki cümə namazı xətibi deyib: Ali-Səud və Ali-Xəlifə rejimlərinin regionun müsəlman xalqlarına qarşı qətl və repressiyalarının davam etməsi, şübhəsiz onları süquta yuvarlayacaqdır.

Ayətullah Məhəmməd Əli Müvəhhidi Kirmani Tehranın bu həftəki cümə namazı xütbələrində Ali-Səud, Ali-Xəlifə rejimləri və muzdlularının hücumları və sərtlikləri nəticəsində Bəhreyn, Yəmən və Suriyadakı hazırkı insan böhranını nigaranedici adlandırıb.

Tehranın müvəqqəti imam cüməsi bildirib: Regionun repressiv və təcavüzkar rejimləri bilməlidirlər ki, regionun müsəlman xalqları, o cümlədən Suriya, İraq, Bəhreyn və Yəmənə qarşı cinayətləri və repressiyaları davam edərsə və öz mövqelərini dəyişməzlərsə, şübhəsiz süqut edəcək və sonda məhvə yuvarlanacaqdır.

Ayətullah Müvəhhidi Kirmani həmçinin Suriya ordusu və müqavimət cəbhəsinin Hələbdəki son qələbələri münasibəti ilə təbrik edərək deyib: Hələbin terrorçulardan təmizlənməsi hərbi qələbə deyil, əslində haqqın batilə qələbəsi və terrorçuların ərəb və qərbli himayədarları üçün böyük rüsvayçılıqdır.

Tehranın cümə namazı xətibi həmçinin İranda 9 Dey qəhrəmanlığına toxunaraq deyib: Bu gün xalqın İslam İnqilabının Böyük Rəhbəri ilə biətini yeniləməsi, iranlıların milli birliyi və oyanışının elan olunması və İslam Respublikası quruluşuna qarşı imperialist ölkələrin məkrli planlarının iflasa uğradığı gündür.

Ayətullah Müvəhhidi Kirmani ABŞ tərəfindən Əhatəli Müştərək Təşəbbüs Proqramının pzoulmasına toxunaraq deyib: Bu gün hamıya aydın oldu ki, Amerika İran xalqının düşmənidir və bu ölkənin yalan vədlərinə etimad etmək olmaz.

Teqlər