Suriya xarici işlər nazirinin Tehrandakı məşvərətləri davam edir
İran İslam Şurası Məclisinin sədri və Suriyanın xarici işlər naziri Suriyanın son siyasi, təhlükəsizlik və hərbi dəyişiklikləri barədə danışıblar.
IRNA-nın məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani və Suriyanın xarici işlər naziri Vəlid Əl-Muəllim bu gün Tehranda görüşərək, Suriyada dialoq və sülh üçün irəli sürülmüş siyasi təşəbbüslər, terror qrupları ilə mübarizə, humanitar yardımlar və davamlı atəşkəs daxil olmaqla son Suriya olayları barədə danışıblar.
Şənbə günü Tehrana daxil olmuş Vəlid Əl-Muəllim indiyədək İranın prezidenti, xarici işlər naziri və İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin müdiri ilə görüşübdür.
Suriyalı-suriyalı danışıqların başlanması üçün zəminin yaradılması, Suriyada atəşkəsin qorunması üçün müştərək siyasi təşəbbüs və addımlar haqda fikir mübadiləsi, eləcə də təkfirçi terrorizmlə mübarizədə iki ölkənin əməkdaşlığı gedişində son döyüş və təhlükəsizlik olaylarının araşdırılması bu görüşlərdə nəzərdən keçirilmiş mehvərlərdən olubdur.