Yan 02, 2017 10:17 Asia/Baku
  • Türkmənistanın İrana qaz ixracını dayandırması
    Türkmənistanın İrana qaz ixracını dayandırması

İran İslam Şurası Məclisinin Enerji Komissiyasının sözçüsü deyib: Türkmənistanın İrana qaz ixracını dayandırması siyasi etikasızlıqdır.

İranın Milli Qaz Şirkəti bir bəyanatda bildirib: Türkmənqaz şirkəti qəfildən və müqavilə çərçivəsinə zicc olaraq bir daha soyuq fəslin başlanması ilə, münaqişəli və ixtilaflı məbləği dərha almalı olduğunu iddia edərək bazar günü səhərdən İrana ixrac etdiyi qazı kəsib. 

İran parlamentinin Enerji Komissiyasının sözçüsü Əsədullah Qaraxani Türkmənistanın İrana ixrac etdiyi qazı kəsməsinə reaksiyada İSNA-ya deyib: Bu funksiya ikitərəfli əlaqələrin genişlənməsinə mane olur və İran Türkmənistanla öz anlaşmalarına yenidən baxmalıdır. 

Qaraxani İran və Türkmənistan arasında etnik, irqi, dil və din ortaqlıqlarına toxunaraq deyib: İran İslam Respublikası Türkmənistan qazının daimi müştərisi olub. Lakin bu ölkə tərəfindən son vaxtlar atılan addım etimadsızlığa səbəb olur və bir çox digər hallara da təsir göstərəcək. 

20 il öncə İranın Milli Qaz Şirkəti ilə Türkmənqaz Şirkəti arasında imzalanan müqaviləyə əsasən, İranın şimal bölgələrinin qaz istehlakının kiçik bir hissəsi Türkmənidandan idxal olunan qazla təmin olunur. 

Teqlər