Yan 08, 2017 17:47 Asia/Baku
  • İran iki Yapon şirkətlə neft əməkdaşlıqları aparır
    İran iki Yapon şirkətlə neft əməkdaşlıqları aparır

İranın neft məmulatları milli şirkətinin icraçı direktoru yaxın gələcəkdə Yaponiyanın iki mötəbər şirkəti ilə neft ayırma zavodlarının fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi üçün iki əməkdaşlıq müqaviləsinin imzalanacağından xəbər verib.

İSNA-nın verdiyi məlumata görə, Abbas Kazimi deyib: Tehran və Bəndər Abbas neft ayırma zavodlarında kürə neftinin istehsalının azaldılması üçün bir neçə beynəlxalq şirkətlər o cümlədən Cənubi Korea və Yaponiya şirkətləri ilə ayrı-ayrı müzakirələr aparılıb. 

Kazimi sanksiyalardan sonrakı dövrdə İranda neft ayırma sənayesində investisiya fürsətlərini şərh edərək deyib: İsfahan neft ayırma zavodunda neft məmulatlarının istehsalı prosesinin yaxşılaşdırılması üçün Cənubi Koreanın Daylem şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalanıb. 

İranın neft nazirinin müavininin dediyinə görə, İsfahan, Təbriz, Tehran, Bəndər Abbas və Abadan neft ayırma zavodları Avro 4 standartına uyğun neft məmulatları istehsal etmək üçün 14 milyard dollarlıq investisiyaya ehtiyaclıdır. 

Teqlər