Yan 09, 2017 17:39 Asia/Baku
  • Ayətullah Haşimi Rəfsəncani
    Ayətullah Haşimi Rəfsəncani

Nikaraqua, Venesuella və Kuba rəhbərləri ayrı-ayrılıqda verdikləri müraciətlərdə Ayətullah Haşimi Rəfsəncaninin vəfatını İran dövləti və xalqına başsağlığı veriblər.

İRNA-nın verdiyi məlumata görə, Nikaraqua prezidenti Daniel Orteqa və onun müavini və həyat yoldaşı Rusario Murio İran İslam Respublikası prezidentində ünvanladıqları müraciətdə mərhum Ayətullah Haşimi Rəfsəncanini qardaş İran ölkəsinin adlım şəxsiyyəti adlandırıblar. 

Venesuella dövləti də bu ölkənini XİN-i tərəfindən yayılan rəsmi bəyanatda bildirib: Venesuella prezidenti Nikolas Madoro ölkəsi və xalqı adından qardaş İran İslam Respublikası dövləti və xalqına başsağlığı verir və islam inqilabının böyük rəhbəri həzrət Ayətullah Seyid Əli Xamenei eləcə də İİR prezidenti Həsən Ruhani ilə Ayətullah Haşimi Rəfsəncaninin təəssüf doğuran vəfatı münasibəti ilə öz həmdərdlik hisslərini bildirir.

Bəyanatda deyilir: Haşimi Rəfsəncani islam inqilabının siyasi həyatında , İran İslam Respublikasının yaranmasında əsas rola malik olmuşdur və imperialist təcavüzlər qarşısında ağır beynəlxalq şəraitdə İranın iqtisadi inkişafında önəmli təsiri olmuşdur. 

Kuba prezidenti Raul Kastro da iranlı həmkarı Həsən Ruhaniyə ünvanladığı müraciətdə İran İslam Respublikasının keçmiş prezidenti və məsləhət şurasının sədri Ayətullah Haşimi Rəfsəncaninin vəfatını ona və mərhumun ailəsinə başsağlığı verib. 

Teqlər