Ayətullah Haşimi Rəfsəncaninin dəfn mərasimi xarici KİV-də geniş işıqlandırılıb
-
Ayətullah Haşimi Rəfsəncaninin dəfn mərasimi xarici KİV-də geniş işıqlandırılıb
Xarici Kütləvi İnformasiya Vasitələri tərəfindən Ayətullah Haşimi Rəfsəncaninin dəfn mərasimi geniş işıqlandırılıb.
Təsnim-in verdiyi məlumata görə, İranın keçmiş prezidenti Ayətullah Haşimi Rəfsəncaninin dəfn mərasimi beynəlxalq və regional KİV-də geniş işıqlandırılıb.
Əlcədid: Tehranda İranın keçmiş prezidentinin dəfn mərasimi keçirilib.
Əl-Cədid telekanalı digər xarici KİV-lər kimi Ayətullah Haşimi Rəfsəncaninin cənazəsinin dəfn mərasimini əks etdirərək bildirib: On minlərlə əhali Tehran universitetində İranın keçmiş prezidenti Ayətullah Haşimi Rəfsəncaninin cənazəsinin təşyi mərasimində iştirak edib, mərhumun cənazəsinə İran rəhbəri Ayətullah Xamenei namaz qılıb.
Röyters: İran keçmiş prezidentlə vəhdət nümayiş etdirərək vidalaşdı.
Röyters agentliyi Ayətullah Haşimi Rəfsəncaninin dəfn mərasimini əks etdirərək yazıb: İran tam vəhdət içində keçmiş prezident ilə vidalaşdı.
Əl-Cəzirə : Bütün Tehran Ayətullah Haşimi Rəfsəncaninin vəfatına görə qaraya bürünmüşdür
Əl-Cəzirə telekanalı bildirib: On minlərlə insan İran rəhbəri ilə birlikdə Tehran universitetinə toplaşaraq keçmiş prezident Ayətullah Haşimi Rəfsəncaninin cənazəsini müşayiət mərasimini həyata keçirdi.
AseoşieytedPress: İran rəhbəri Ayətullah Haşimi Rəfsəncaninin cənazəsinə namaz qıldı.
AseoşieytedPress yazıb: Yüz minlərlə əhali 82 yaşında vəfat edən Ayətullah Haşimi Rəfsəncaninin cənazəsinin təşyi olunduğu ərazilərə axışdı.
Frans 24: Minlərlə adam Haşimi Rəfsəncaninin cənazəsini müşayiət etdi.
Frans 24 telekanalı Ayətullah Haşimi Rəfsəncaninin cənazəsinin təşyi mərasimini yayımlayaraq yazıb: Minlərlə adam Tehran universitetinə toplaşaraq İranın keçmiş prezidentinin cənazəsini təşyi mərasimində iştirak edib.