Zərif: Tramp nüvə anlaşmasını kənara qoymaqla sürprizlə üzləşəcək
https://azeri.sahartv.ir/news/İran-i256846-zərif_tramp_nüvə_anlaşmasını_kənara_qoymaqla_sürprizlə_üzləşəcək
İran İslam Respublikasının xarici işlər naziri deyib: Əgər Amerikanın seçilmiş prezidenti nüvə anlaşmasını kənara qoyarsa, sürprizlə üzləşəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 18, 2017 14:28 Asia/Baku
  • Zərif: Tramp nüvə anlaşmasını kənara qoymaqla sürprizlə üzləşəcək

İran İslam Respublikasının xarici işlər naziri deyib: Əgər Amerikanın seçilmiş prezidenti nüvə anlaşmasını kənara qoyarsa, sürprizlə üzləşəcək.

IRIB-nin məlumatına görə, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Davosda Dünya İqtisadi Forumunun iclasının kənarında keçirilən dəyirmi masada söyləyib: Əgər Amerika prezident seçkilərinin qalib namizədi Donald Tramp İranın 5+1 qrupu ilə nüvə anlaşması haqda yenidən müzakirə etmək istəyərsə, sürprizlə üzləşəcəkdir. 

Zərif dünya qüdrətləri ilə İranın nüvə anlaşmasına nail olmaq üzrə çətin müzakirələrinə toxunaraq, söyləyib: Tramp dövləti barədə İran səbir və intizar siyasətini yeridibdir və hələ heç bir mühakimə yürütmək olmaz.

Zərif bu dəyirmi masadan sonra Assoşieyted-Press müxbirinin sualının cavabında deyib: Hətta əgər Tramp nüvə anlaşmasından geri çəkilmək istəyərsə, dünyanın sonu olmayacaqdır.

İran İslam Respublikasının xarici işlər naziri həmçinin ABŞ prezidenti Barak Obamanın dövlətini iranlı bankların üzləşdikləri qeyri-konkret problemlər xüsusiyyət təşkil etməklə nüvə anlaşmasındakı öhdəliklərinə tam şəkildə əməl etməməsinə görə, tənqid edib. 

Zərif İranda keçiriləcək qarşıdakı prezident seçkiləri barədə isə deyib: Mühüm olan məsələ budur ki, iranlılar özlərinin tale və gələcəklərini təyin etmək imkanına malikdirlər və bu, Asiyanın qərbi və dünya üçün böyük əhəmiyyət daşıyır.