Qalibaf: Yanğınsöndürənlərin 20-si həyatını itirib
Yan 19, 2017 20:06 Asia/Baku
Tehran meri deyib ki, indiyədək 20-dən çox yanğınsöndürən əhalinin nicatı yolunda həyatını itirib.
Məhəmməd Qalibaf Plasko binası məkanından Tehran telekanalı ilə birbaşa bağlantıda əlavə edib: Mənim yanğınsöndürmə təşkilatındakı həmkarlarımın bütün səyi binanın boşaldılması olub və yanğınsöndürənlərdən başqa kəslərin uçqunlar altında qalması ehtimalı çox azdır.
O, bütün məsul orqanların, o sıradan hüquq-mühafizə, su, işıq və qaz idarələrinin yaxşı həmkarlıqlarına görə təşəkkür edərək deyib: Hər halda 17 mərtəbəli bir tikinti üç mərtəbəli bir bina hündürlüyündə sıxılıb və tikinti materiallarının ayrılması, həmçinin uçqunlar altında qalanların çıxarılması çətin bir işdir, amma bu fəaliyyət dayanmadan davam etdiriləcək.