İnqilab Rəhbəri tərəfindən Azad İslam Universitetinin təsisçilər heyətinin sədri təyin olunub
https://azeri.sahartv.ir/news/İran-i257092-İnqilab_rəhbəri_tərəfindən_azad_İslam_universitetinin_təsisçilər_heyətinin_sədri_təyin_olunub
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bir hökm verərək, Əli Əkbər Vilayətini Azad İslam Universitetinin təsisçilər heyətinin sədri təyin ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 20, 2017 11:33 Asia/Baku
  • İnqilab Rəhbəri tərəfindən Azad İslam Universitetinin təsisçilər heyətinin sədri təyin olunub
    İnqilab Rəhbəri tərəfindən Azad İslam Universitetinin təsisçilər heyətinin sədri təyin olunub

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bir hökm verərək, Əli Əkbər Vilayətini Azad İslam Universitetinin təsisçilər heyətinin sədri təyin ediblər.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin hökmünün mətnində deyilir: Universitetin təsisçilər heyəti və qəyyumlar şurasının möhtərəm sədrinin ağır itkisi və təsisçilər heyəti sədrinin seçilməsi tərzi ilə bağlı Ali Mədəni İnqilab Şurası tərəfindən qəbul olunmuş əsasnamənin dayanması, həmçinin bu məsuliyətin üzərinə qoyulacağı şəxsin seçilməsinin sürətləndirilməsi zərurəti ilə əlaqədar olaraq, həmin heyətin üzvlərindən olan Əli Əkbər Vilayətini təsisçilər heyətinin sədri təyin edirəm ki, ölkənin ali təhsil sistemində təsirli rol oynayan həmin orqanın işlərinin qanuni axarında heç bir dayanma yaranmasın.