Ali-Xəlifə hökuməti öz legitimliyini itiribdir
Tehranın müvəqqəti imamcüməsi deyib ki, üç bəhreynli şiə gəncin edam edilməsi Ali-Xəlifə rejiminin legitimliyinin itməsinə səbəb olubdur.
Höccətulislam Kazem Seddiqi Tehranın buhəftəki cümə namazı xütbələrində əlavə edib: Bəhreyn xalqı öz qanuni azadlığı və səsvermə haqqını əldə etmək istəyir, amma bu ölkəyə hakim kəsilmiş asılı rejim bəhreynlilərin azadlıq səsini boğmaq ardıncadır və hazırda bu rejimin məhbəsləri din xadimləri və azadələrlə doludur.
Höccətulislam Kazem Seddiqi söyləyib: Bəhreynlilərin İran İslam İnqilabından ülgü götürmüş müqaviməti və axıdılmış günahsız qanlar tezliklə Bəhreynə hakim kəsilmiş rejimi devirəcəkdir.
Tehranın cümə namazı xitabətçisi Suriya böhranı və bu ölkədə atəşkəs barədə yanvarın 23-ü və 24-də Qazaxıstanın Astana şəhərində keçiriləcək iclasa işarə edərək, ümidvarlıq edib ki, bu iclas həmin ölkədə atəşkəs və terror qruplarının mühasirəsində olan Əufə və Kəfəriyya kəndlərindəki əhalinin xilas olunması ilə nəticələnəcək.
Kazem Seddiqi həmçinin Fəcr ongünlüyü və İslam İnqilabının Qələbəsi gününün ildönümü ərəfəsində deyib: İslam İnqilabının Qələbəsi nur partlayışı, İslam dünyasının möcüzəsi və Şərq və Qərb qüdrətlərinin dayaqlarını titrətmiş İran xalqının imanı və mənəviyyatının təcəssümü olubdur.
O, əlavə edib: İslam İnqilabının Qələbəsi yeni bir yol göstərdi ki, Şərq və Qərb qüdrətlərinə söykənmədən və "Nə Şərq və Nə Qərb!" şüarı ilə hərəkət etmək və bəşəriyyətin təcrübə etmədiyi bir nəticəyə çatmaq olar.
Tehranın müvəqqəti imamcüməsi həmçinin Tehrandakı Plasko ticarət binasının uçması hadisəsində bir qrup yanğınsöndürənin həyatını itirməsi və zədələnməsi ilə bağlı başsağlığı və kədər ifadə edib.