Salehi: Amerika nüvə anlaşmasındakı öhdəliklərinə əməl etməyib
İranın Atom Enerjisi Təşkilatının sədri deyib ki, Amerika nüvə anlaşmasındakı öhdəliklərinə əməl etməyib.
ISNA-nın məlumatına görə, İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi Əlcəzirə telekanalı ilə müsahibədə əlavə edib: Zahirdə amerikalılar ola bilsin bir işlər görsünlər ki, guya öz öhdəliklərinə sadiqdirlər, amma əslində xas bir iş görmürlər, zira əgər bu sahədə bir iş görmüş olublarsa, dünyanın iri bankları ilə anlaşmada mövcud olan problemləri necə dəyərləndirmək olar; onlar bu sahədə heç bir addım atmayıblar.
Salehi əlavə edib: İran öncəkindən daha yaxşı şəraitə qayıda bilər.
İranın Atom Enerjisi Təşkilatının sədri söyləyib: Nüvə anlaşmasındakı texniki istiqamətdə İran borclu olduğu bütün məsələlərə əməl edib və son zamanlar da yeni addımlar atıb və o, Fordo təsisatlarındakı sentrifuqalar ilə bağlı infrastrukturların yığışdırılmasıdır.
Salehi qeyd edib ki, MAQATE-nin baş direktoru Yukiya Amano da özünün son hesabatında İranın nüvə anlaşmasındakı öhdəliklərinə əməl etdiyini etiraf edib.
İranın Atom Enerjisi Təşkilatının sədri əlavə edib: Təftiş və əlavə protokol kimi hallara aid olan hüquqi cəhətdə də bu qənaətdəyik ki, heç bir problem yoxdur və İranın nöqteyi-nəzərindən mühüm olan yeganə cəhət sanksiyalar və anlaşmanın siyasi cəhətilə bağlıdır. Zira bu bölmədə problemlər görünür və o da budur ki, anlaşmanın digər tərəfi nüvə anlaşmasındakı öhdəliklərinə əməl etmir.