Yan 27, 2017 13:32 Asia/Baku
  • Behruz Kamalvəndi
    Behruz Kamalvəndi

İranın Atom Enerjisi Təşkilatının sözçüsü deyib: Rusiya ilə əməkdaşlıq müqavilələrinin icra edilməsi ilə İran İslam Respublikası dünyanın stabil izotopları istehsal edən dördüncü ölkəsi olacaq.

İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi İRNA ilə müsahibədə İran və Rusiyanın Fordo Nüvə Obyektində stabil izotopların istehsalı üzrə əməkdaşlıq müqaviləsinin icra olunmasına toxunaraq deyib: Stabil izotopun tibbi və sənaye istifadələri vardır və dünyanın üç yerində, yəni Rusiya, Amerika və Avropada istehsal olunur. 

İranın Atom Enerjisi Təşkilatının sözçüsü Rusiyaya son səfərində iki ölkə arasında imzalanan yanacaq istehsalı yol xəritəsi haqda deyib: İranda yanacaq istehsalı yol xəritəsi önəmlidir və zənginləşdirmədə məqsəd yanacaq istehsalını əldə etməkdir. 

İranın Atom Enerjisi Təşkilatının sədr müavini Rusiyanın hal-hazırda dünyanın 40% zənginləşdirməsini həyata keçirdiyini və 2030-cu ilə qədər 60%-i əldə etməyə çalışdığını bəyan edərək bildirib: Dünya zənginləşdirməsinin yarısını həyata keçirən ölkə İranda yanacaq istehsalında əməkdaşlıq edəcək. 

Kamalvəndi Rusiyanın əməkdaşlğı ilə İranın cənubundaBuşehrdə yeni iki stansiyanın inşa ediləcəyini bildirərək deyib: Son Moskva səfərində bu iki stansiyanın inşasına başlanmasının zaman cədvəli haqda fikir mübadiləsi aparıldı. 

Teqlər