Son bir ildə Fransa ilə İran arasında ticarət mübadilələrinin həcmi artıb
https://azeri.sahartv.ir/news/İran-i258393-son_bir_ildə_fransa_ilə_İran_arasında_ticarət_mübadilələrinin_həcmi_artıb
Fransanın xarici işlər naziri son bir il ərzində Fransa ilə İran arasında ticarət mübadilələrinin həcminin artmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 31, 2017 11:47 Asia/Baku
  • Son bir ildə Fransa ilə İran arasında ticarət mübadilələrinin həcmi artıb
    Son bir ildə Fransa ilə İran arasında ticarət mübadilələrinin həcmi artıb

Fransanın xarici işlər naziri son bir il ərzində Fransa ilə İran arasında ticarət mübadilələrinin həcminin artmasından xəbər verib.

İRİB-in verdiyi məlumata görə, Jan Mak Aero Tehranda iranlı həmkarı Məhəmməd Cavad Zərif və iranda iqtisadi fəalların iştirakı ilə keçirilən İran-Fransa iqtisadi konfransında deyib: Dəmiryolu, liman, aviasiya və bərpa olunan enerjilər üzrə uzun müddətli əməkdaşlıqlar Fransanın İran ilə əməkdaşlıqlarında prioritet təşkil edir, məhz buna görə də bu əməkdaşlıqların reallaşmasını qəti dəstəkləyirik. 

Mark Aero İran ilə Fransa arasında əməkdaşlıqların genişləndirilməsi memorandumun imzalanmasına toxunaraq deyib: İki ölkə universitetləri arasında 17 əməkdaşlıq sazişi yazın zamanlarda icra olunacaq.