Ruhani: Nüvə anlaşmasının pozulması diplomatiyanın məğlubiyyəti deməkdir
-
Ruhani: Nüvə anlaşmasının pozulması diplomatiyanın məğlubiyyəti deməkdir
İran İslam Respublikası prezidenti nüvə anlaşmasına hər cür zərərin vurulmasını beynəlxalq səviyyədə diplomatiyanın məğlubiyyəti adlandırıb.
İran İslam Respublikası prezidenti Həsən Ruhani dünən axşam Tehranda Fransanın xarici işlər naziri Jan Mark Ayru(Jean-Marc Ayrault) ilə görüşdə deyib: Nüvə anlaşması belə bir mesaja malik idi ki, mürəkkəb beynəlxalq məsələləri dialoq yolu ilə həll etmək olar. Buna görə, bütün ölkələr onun qorunması və gücləndirilməsinə çalışmalıdırlar, zira nüvə anlaşmasına hər cür zərbə dünyaya belə bir təhlükəli mesajı ötürə bilər ki, "diplomatiya problemlərin həllinə qadir deyildir".
İran prezidenti söyləyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin də təsdiq etdiyi kimi, İran nüvə anlaşmasındakı öhdəliklərinə əməl edib və bütün tərəflər də səhlənkarlıq və təxir olmadan onun bəndələrinin dəqiq icrasına çalışmalıdırlar.
İran İslam Respublikası prezidenti həmçinin dünyada və regionda terrorizm məsələsinə toxunaraq, deyib: İran terrorizmin qurbanı kimi bu gün regionda terrorizmlə mübarizənin ilk sırasında durur və Fransa da terrorizmlə mübarizə və regionda sabitliyin qorunması prosesində mühüm rol oynaya bilər.
"Suriya böhranının hərbi həll yolu yoxdur və onun problemləri yalnız siyasi yolla həll edilməlidir" deyən Ruhani əlavə edib: Eyni zamanda bu ölkənin ərazi bütövlüyünün qorunması, eləcə də bu ölkəyə humanitar yardımların göndərilməsi və onun bərpası ilə yanaşı, İŞİD və Cibhətunnusrə xüsusiyyət təşkil etməklə terror qrupları ilə mübarizə də davam etdirilməlidir.
Fransanın xarici işlər naziri Jan Mark Ayru da bu görüşdə bildirib ki, hamı beynəlxalq bir nailiyyət kimi nüvə anlaşmasını qorumalıdır. O, deyib: Avropa Birliyi nüvə anlaşması nailiyyətlərinin qorunması qarşısında vahid strategiyaya malikdir.