Fev 03, 2017 17:10 Asia/Baku
  • Əli Laricani
    Əli Laricani

İran parlamentinin sədri deyib: Bəzi ölkələrlə müqayisədə İranın regional və beynəlxalq məsələlərə yanaşması reallığa daha uyğundur.

İRİB-in verdiyi məlumata görə, İranın İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün Tehranda etdiyi çıxışında deyib: Separatçılıq, müharibə və iqtisadi sanksiyaların tətbiq edilməsi və nüvə böhranı kimi məsələlər İran İslam Respublikasını beynəlxalq və regional sahələrdə püxtələşdirib. 

Laricani Orta Şərq regionunun daxili qarşıdurmalar və de-stabillik baxımından dünyanın ən qızğın zonası olduğunu xatırladaraq deyib: Beynəlxalq və regional məsələlərdə İranın rolu daha qabarıq şəkildə özünü göstərir və İranın məntiqli rəftarı onun davamlı təhlükəsizliyə malik olmasına gətirib-çıxarıb.

İran parlamentinin sədri həmçinin ABŞ prezidentinin İrana qarşı açıqlamalarını tənqid edərək deyib: İran İslam Respublikasının məntiqli və düşüncəli rəftarı bəzi böyük ölkələrin sayıqlamaları ilə müqayisədə onu deməyə əsas verir ki, bu kimi ölkələrin bəzi başçıları özləri və digər ölkələr üçün problem yaradıblar. 

Teqlər