Fev 05, 2017 16:42 Asia/Baku
  • 39 ölkənin turist bələdçisi İsfahanda olub
    39 ölkənin turist bələdçisi İsfahanda olub

2017 konvensiyası dünyanın 39 ölkəsinin turist bələdçisinin İsfahanda turu başlayıb.

İRNA-nın məlumatına görə, bu tur bazar günü müxtəlif ölkələr, o cümlədən Avstriya, Fransa, Yunanıstan, Tailand, İngiltərə və ABŞ-dan 240 turist bələdçisinin iştirakı ilə iki gün müddətinə keçirilir. 

Bu müddət ərzində Dünya Turizm 2017 Konvensiyasının üzvləri mədəni cazibəliklər və tarixi abidələrlə yaxından tanış olur və tarixi İsfahan şəhərinin adət-ənənələrini müşahidə edirlər. 

Dünya Turist Bələdçiləri Konvensiyası turu hər il Çexiya Respublikasının paytaxtı Praqa şəhərində beynəlxalq konvensiyanın assambleyasında səsvermədən sonra təyin olunur. 

İran İslam Respublikası ötən il öz tarixi və mədəni potensiallarını təqdim edərək bu beynəlxalq tura ev sahibliyini əldə edib. 

Teqlər