149 ton "sarı tort" artıq İrana gətirilib
İran İslam Respublikası Atom Enerjisi Təşkilatının sədri 149 ton "sarı tort"un 4 konteyner vasitəsi ilə İrana gətirilməsindən xəbər verib.
İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bazar günü Fars Xəbər Agentliyinə verdiyi müsahibədə deyib: Cari 2017-ci milad ili yanvar ayının 26-dan başlayaraq İrana göndərilməsinə start verilən 149 ton "sarı tort"un sonuncu hissəsi 7 fevral tarixində İrana daxil olub.
Salehi həmçinin deyib: Nüvə anlaşmasının icra edilməsinin ardınca ötən bir il ərzində İrana ümumilikdə təqribən 210 ton uran gətirilib və bu uranın bir hissəsi İrandan ölkə xaricinə göndərilmiş 3.5%-lik zənginləşdirilmiş uranın qarşılığında alınıb.
İranın Atom Enerjisi Təşkilatının sədri əlavə edib: Daha öncə İrana 210 ton "sarı tort" gətirilmişdi və indi daha 149 ton "sarı tort"un gətirilməsi ilə bu rəqəm 359 tona çatıb.