Fev 07, 2017 09:45 Asia/Baku
  • İran nüvə razılaşmasının ABŞ tərəfindən pozulmasına reaksiya verəcək

İranın Atom Enerjisi Təşkilatının sədri deyib: İran İslam Respublikasının Əhatəli Müştərək Təşəbbüs Proqramının(ƏMTP) ABŞ tərəfindən pozulmasına cavabı 100 min su həcmində zənginləşdirmə olacaq.

İRİB-in verdiyi məlumata görə, Əliəkbər Salehi dünən Qum ostanında etdiyi çıxışında deyib: ƏMTP ABŞ tərəfindən pozularsa İran il yarım ərzində 100 min su zənginləşdirməni həyata keçirəcək. Bu rəqəm nüvə razılaşmasından öncə sadəcə 9 min su idi.

Salehi 149 tonluq 3 sarı tort yükünün İrana təhvil verilməsinə toxunaraq deyib: Sonuncu yük çərşənbə axşamı təhvil veriləcək və İranın 210 tonluq ehtiyatının həcmi 350 tona çatdırılacaq. 

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, BMT və Təhlükəslik Şurası İranın ƏMTP əsasında üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdiyini etiraf etsələr də, Amerika əvvəlindən nüvə razılaşmasının icrasını əngəlləməyə cəhd gösrəmiş, üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən çəkinmişdir. 

ABŞ-ın qalmaqallı prezidenti Donald Tramp  ƏMTP-nin digər tərəflərinin(Britaniya, Fransa, Almaniya, Rusiya, Çin və Avropa Birliyi) əksinə olaraq bildirib ki, nüvə anlaşması ömründə gördüyü ən pis anlaşmadır. 

Donald Tramp ABŞ-da prezident seçkiləri öncəsi özünün seçki kampaniyası zamanı da daima ƏMTP-ni faciə və dünyanın ən pis razılaşması adlandıraraq söz vermişdi ki, Ağ evə daxil olarsa ilk gündə ƏMTP-ni cıracaq. 

 

Teqlər