İranlı velosipedçilər Asiyanın qızıl medalını qazanıblar
Fev 07, 2017 14:51 Asia/Baku
İranın velosiped üzrə yığma komandası Hindistan paytaxtı Yeni Dehlidə keçirilən Asiya çempionatının ikinci günündə ilk qızıl medalını qazanıb.
İRNA-nın verdiyi məlumata görə, qızıl medalı Əmir Hüseyn Cəmşidian gənclərin Skreiç bölməsi üzrə qazanıb.
İranın velosipedçilər komandası dünən də yarışların ilk günündə böyüklərin Sprinet bölməsində gümüş medal əldə etdi.
Velosiped üzrə 37-ci Asiya çempion yarışları pist bölməsində dünən 18 idmançının iştirakı ilə Yeni Dehlinin İndra Qandi idman kompleksində keçirilmişdir.
500 dən çox velosipedçi qadın, kişi, gənc bə böyük yaşlılar bölmələrində və bu idmanın müxtəlif sahələri üzrə bir həftə yarışacaqlar.