Vilayəti: İraq xalqı əcnəbilərin planlarına qalib gəldi
https://azeri.sahartv.ir/news/İran-i259131-vilayəti_İraq_xalqı_əcnəbilərin_planlarına_qalib_gəldi
İranın quruluşun məsləhət şurasının strateji araşdırmalar mərkəzinin sədri deyib: İraq xalqı əcnəbiləri öz ölkəsindən qovdu və terrorçu İŞİD qruplaşması qarşısında əcnəbilərin planlarına qalib gəldi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 07, 2017 16:29 Asia/Baku
  • Vilayəti: İraq xalqı əcnəbilərin planlarına qalib gəldi
    Vilayəti: İraq xalqı əcnəbilərin planlarına qalib gəldi

İranın quruluşun məsləhət şurasının strateji araşdırmalar mərkəzinin sədri deyib: İraq xalqı əcnəbiləri öz ölkəsindən qovdu və terrorçu İŞİD qruplaşması qarşısında əcnəbilərin planlarına qalib gəldi.

İRNA-nın verdiyi məlumata görə, Əliəkbər Vilayəti bu gün Tehranda İraqın keçmiş neft naziri Adil Əbdül-Mehdi ilə görüşündə deyib: İraqın gələcəyi aydındır və bu ölkə heç şübhəsiz ki, ən güclü ərəb ölkələrindən biridir. 

Adil Əbdül-Məhdi də İraqın qarşı-qarşıya durduğu problemlərə və düşmənlərin məkrli planlarına rəğmən İraq xalqının geniş qələbələrinin gözə çarpacaq olduğunu deyib. 

Əbdül-Mehdi həmçinin İranda islam inqilabının baş verməsini yüksək qiymətləndirərək deyib: İslam inqilabı dünya və regionu təsir altına aldı.