Fev 08, 2017 20:59 Asia/Baku
  • Ruhani: İran Latın Amerikası ölkələri ilə əlaqələri genişləndirməkdə maraqlıdır
    Ruhani: İran Latın Amerikası ölkələri ilə əlaqələri genişləndirməkdə maraqlıdır

İran prezidenti Latın Amerikası ölkələri ilə əlaqələrin genişləndirilməsinin İran İslam Respublikası üçün əhəmiyyət kəsb etdiyini deyib.

İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə günü Venesuelanın xarici işlər və neft nazirləri Delsi Rodrigez və Nelson Pablo Martinezi qəbul edib.

Görüşdə prezident deyib: İran Latın Amerikası ölkələri, o cümlədən Venesuela ilə siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələri genişləndirməyə maraq göstərir.

Qoşulmama Hərəkatının rolunun önəminə diqqət çəkən prezident Ruhani əlavə edib: Qoşulmama Hərəkatının bütün üzvləri bu təşkilatın regional və beynəlxalq məsələlərdə daha aktiv rol oynaması üçün səy göstərməlidirlər.

Ruhaninin sözlərinə görə, OPEK və qeyri-OPEK-də neft istehsal edən ölkələr neftin istehsalçılar və istehlakçılar üçün stabil və ədalətli qiymətə çatması və təsbit olunmasına çalışmalıdırlar.

Venesuela xarici işlər naziri də bu görüşdə bildirib: Venesuela İranla bütün sahələrdə əlaqələri genişləndirmək niyyətindədir.

Teqlər