İran və Rusiya Nüvə Anlaşmasının icrasını vurğuladı
Fev 08, 2017 17:29 Asia/Baku
-
İran və Rusiya Nüvə Anlaşmasının icrasını vurğuladı
İran və Rusiya xarici işlər nazirlərinin müavinləri Moskvada müzakirələrə başlayıblar. Onlar Nüvə Anlaşmasının icrası və iki ölkə əməkdaşlıqlarının genişləndirilməsinin vacibliyini vurğulayıblar.
İRİB-in məlumatına görə, Abbas İraqçı və Sergey Ryabkov bugünkü müzakirələrdə nüvə anlaşması əməkdaşlıqlarının davam etdirilməsini qeyd ediblər.
Ryabkov deyib: Rusiya İranla əlaqələrə xüsusi önəm verir.
O əlavə edib: Nüvə anlaşması əməkdaşlıqları öncə olduğu kimi Moskva və Tehran arasında davam edəcək.
İraqçı da bu görüşdə deyib: İki ölkənin nüvə anlaşmasının əvvəlindən icraya və indiyə qədər əməkdaşlıqları və məsləhətləşmələri münasib şəkildə irəliləmişdir. Bu müzakirələrdə İranın Rusiyadakı səfiri Mehdi Sənayi də iştirak edib.
Teqlər