Fev 12, 2017 09:43 Asia/Baku
  • Ruhaninin İran xalqına təşəkkürü
    Ruhaninin İran xalqına təşəkkürü

İran prezidenti bir müraciətdə İran İslam İnqilabı qələbəsinin 38-ci ildönümü mərasimindəki qəhrəmancasına iştirakına görə, İran xalqına təşəkkür edib.

IRNA xəbər verir: Həsən Ruhani bu müraciətdə belə qeyd edib: İran xalqının əzəmətli 22 bəhmən yürüşündəki qəhrəmancasına iştirakı ölkənin istiqlaliyyətinin müdafiəsində müqavimətin və inqilabın əsl dəyələrinə sədaqətin, eləcə də müqəddəs İran İslam Respublikası quruluşunun xadimləri və fəallarına ümidvericiliyin nişanəsi idi.

İran xalqının əzəmətli 22 bəhmən yürüşündəki qəhrəmancasına iştirakının İranın düşmənlərinin ümidlərini üzdüyünü, dostlarını isə daha da ümidvar etdiyini vurğulayan Ruhani deyib: Bu, İran İslam Respublikasının bütün nöqtələrində milli əzmkarlığın, həmçinin hər cür təhdid qarşısında İran xalqının həmrəyliyinin aşkar nişanəsi, eləcə də quruluşun yüksəlişinin heyranedici təzahürü və İranın abadlığı və başıucalığı yolunda qüdrət və mötədilliklə irəliləyişə və ölkənin ardıcıl inkişafına bir müjdədir.

İran İslam İnqilabı günəş təqvimi ilə 1357-ci il bəhmənin 22-si və miladi tarixlə 1979-cu il fevralın 11-də İran İslam Respublikasının dahi banisi Həzrət İmam Xomeyni(r.ə)-in rəhbərliyi altında qələbə çaldı.

Bütün İran xalqı İran İslam İnqilabı qələbəsinin 38-ci ildönümündə keçmişdə olduğu kimi, əzəmətli 22 bəhmən yürüşündə qəhrəmancasına iştirak edərək, bir daha İslam İnqilabı və İslam İnqilabının Böyürk Rəhbərinin amalları ilə əhd-peymanını təzələdi.

Teqlər