Fev 13, 2017 11:53 Asia/Baku
  • Ruhani İran və Maldova əlaqələrinin inkişafına təkid etdi
    Ruhani İran və Maldova əlaqələrinin inkişafına təkid etdi

İran İslam Respublikası prezidenti Maldova prezidenti ilə görüşdə iki ölkə əlaqələrinin inkişaf etdirilməsi üçün bütün potensiallardan maksimum istifadənin edilməsini istəyib.

Həsən Ruhani bu gün Tehranda İqor Dudon ilə görüşdə deyib: İran və Maldova turizm, kənd təsərrüfatı, nəqliyyat və tranzit sahələri daxil olmaqla bir çox sahələr üzrə yaxşı əməkdaşlığa malik ola bilərlər. 

Ruhani iki ölkə əlaqələrinin enerji sektorunda inkişaf etdirilməsini də mühüm adlandırıb və deyib: İran neft, qaz və qaz konsendantları istehsalı baxımından böyük potensiala malikdir  və bu baxımdan Maldovanın enerji daşıyıcılarına olan tələbatının böyük bir hissəsini təmin edə bilər. 

Maldova prezidenti İqor Dudon da bu görüşdə Həsən Ruhanini ölkəsinə rəsmi səfərə dəvət edərək, iki ölkə əlaqələrinin bütün sahələr üzrə inkişaf etdirilməsini istəyib. 

Teqlər