Şəmxani: Ali-Səudun cinayətlərinə sükut etmək soyqırımında iştirak etməkdir
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib: Ali-Səudun yəmənli uşaqlar və qadınlara qarşı cinayətlərinə sükut etmək, bu yoxsul ölkənin məhv edilməsi, infrastrukturlarının dağıdılması və əhalisinin soyqırımına məruz edilməsində iştirak etmək deməkdir.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani bazar ertəsi günü Tehranda Luksemburqun xarici işlər naziri Jan Slobern ilə görüşdə deyib: Avropa Birliyinin Yəmən böhranına daxil olması və bu ölkə xalqının Ərəbistan tərəfindən amansız şəkildə qırğın edilməsini önləməsi zəruridir.
Şəmxani regionda sabitlik və təhlükəsizliyin təmin edilməsində xüsusi ilə də terrorizm böhranı ilə mübarizənin aparımasında İranın rolunu şərh edərək deyib: Terrorizmin ideoloji kökləri ilə mübarizənin aparılması və terrorçuların maliyyə qaynaqlarının qurudulması, silah və insan qaynaqlarının kəsilməsi üçün beynəlxalq əməkdaşlıq təsirli rola malik ola bilər.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi həmçinin deyib: terrorizm böhranının Qərbə sirayət etməsinin qarşısını almaq üçün Avropa ölkələrinin ikili standartlardan uzaq və səmimi şəkildə İraq və Suriyada terrorizmin köklərinə qarşı mübarizədə iştirak etməsi lazımdır.
Lüksemburqun baş naziri Jan Slobern də bu görüşdə İranın terrorizm ilə mübarizədəki konstruktiv roluna təkid edərək, iki ölkə arasında əməkdaşlıqların genişləndirilməsini istəyib.
Slobern əlavə edib: Avropa ölkələrinin baxışı, xüsusi ilə İran ilə nüvə anlaşmasının əldə edilməsindən sonra, İran ilə əlaqələrin hərtərəfli şəkildə inkişaf etdirilməsi və uzunmüddətli infrastruktur layihələrin icrasında müştərək investisiyaların qoyulmasıdır.
Jan Slobern İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin dəvəti əsasında yüksək səviyyəli siyasi bir heyətin müşayiəti ilə Tehrana səfər edib.