Fev 13, 2017 18:51 Asia/Baku
  • Zərif: İran Avropa Birliyi ilə əməkdaşlıqları genişləndirmək niyyətindədir
    Zərif: İran Avropa Birliyi ilə əməkdaşlıqları genişləndirmək niyyətindədir

İranın xarici işlər naziri İran İslam Respublikasının Avropa Birliyinə üzv ölkələr ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu deyib.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar ertəsi günü Tehranda Lüksemburqun xarici işlər naziri Jan Sleborn ilə görüşdə deyib: Nüvə anlaşmasından sonra İran və AB ölkələri arasındakı əməkdaşlıqlar üçün yaxşı perspektiv yaranıb.

Zərif həmçinin, İran və Lüksemburq arasında əlaqələrin inkişaf etdirilməsi üçün münasib zəminlərin olduğunu deyərək, İranın Lüksemburq ilə bank əməkdaşlıqlarına da hazır olduğunu bildirib.

Lüksemburqun xarici işlər naziri də bu görüşdə ümidvarlıq edibki, iki ölkə arasında birgə investisiya qoyuluşu və əlavə gömrük rüsumlarının ləğv edilməsi üzrə anlaşma sənədləri imzalansın.

Jan Sleborn həmçinin deyib: Lazım olan zəminlərin mövcud olacağı təqdirdə iki ölkə arasında hava reysinin açılması barədə də danışıqlara başlamaq olar.

Lüksemburqun xarici işlər naziri həmçinin ölkəsinin iqtisadiyyat, informasiya texnologiyaları və bank əməkdaşlıqları üzrə İran ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Jan Sleborn İran xarici işlər nazirinin dəvəti əsasında Tehrana səfər edib.

Teqlər