Ruhani: İran bütün regionla əlaqələri gücləndirmək istəyir
-
Həsən Ruhani
İran prezidenti deyib: İslam Respublikası bütün regionda əlaqələrin gücləndirilməsini istəyir və Tehranın son məqsədi stabillik, təhlükəsizlik və bütün region ölkələrinin inkişafıdır.
İran prezidenti Həsən Ruhani çərşənbə günü Oman və Küveytə səfər etməzdən öncə jurnalistlərə verdiyi müsahibədə Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin İranla əlaqələrin genişləndirilməsini müsbət qarşılamalarına toxunaraq əlavə edib: Küveyt hökuməti Fars körfəzinin ətrafında yerləşən 6 ölkə tərəfindən İranla müsbət əlaqələrin yaxşılaşdırılması, anlaşılmazlıqların həlli, dialoq yolu ilə əlaqələrin gücləndirilməsi üzrə müraciətini Tehrana göndərib.
Ruhani İranın siyasətinin əsasını qonşularla yaxşı qonşuluq və islam ölkələri ilə əmədaşlıq adlandırıb və deyib: İran heç vaxt təcavüz, müdaxilə, dini, məzhəbi və yaxud öz siyasi inanclarını bir ölkəyə qəbul etdirmək fikrində olmamışdır.
O xatırladıb: Fars körfəzinin təhlükəsizliyi İran üçün xüsusi əhəmiyyət kəsb edir, bu bölgənin təhlükəsizliyi region ölkələri tərəfindən təmin olunmalıdır və əcnəbilərin Fars körfəzində iştirakı həmişə zərərli olmuşdur.
Ruhani bildirib: Region ölkələri yetərli yetkinliyə malikdir və Fars körfəzinin təhlükəsizliyini yüksək səviyyədə təmin edə bilərlər.
İran prezidenti həmçinin deyib: İranın Fars körfəzinin ətrafında yerləşən ölkələrlə əlaqələrin inkişafı üçün yaxşı potensiallar vardır və ikitərəfli əlaqələrin inkişafı bu səfərin birinci məqsədlərindəndir.
İran prezidenti Yaxın Şərqin hazırkı şəraitinə toxunub: Bu səfərdə Oman və Küveyt rəsmiləri ilə region, İraq, Suriya və Yəmən haqda danışıqlar aparılacaq. Çünki Yəməndə qanların tökülməsinə son qoymaqda bu ölkələrin rolu diqqəti cəlb edir.
İran İslam Respublikası prezidenti çərşənbə günü Oman kralının rəsmi dəvəti ilə Məsqətə səfər edib.
Ruhani həmçinin çərşənbə günü günortadan sonra Omana səfərini başa vuraraq Küveyt Əmirinin rəsmi dəvəti ilə bu ölkəyə səfər edəcək.