İran və Rusiya xarici işlər nazirlərinin müavinləri məsləhətləşmə aparıblar
https://azeri.sahartv.ir/news/İran-i259864-İran_və_rusiya_xarici_işlər_nazirlərinin_müavinləri_məsləhətləşmə_aparıblar
İran və Rusiya xarici işlər nazirlərinin müavinləri iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıqlarının genişləndirilməsi haqda danışıqlar aparıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 15, 2017 11:15 Asia/Baku
  • İran və Rusiya xarici işlər nazirlərinin müavinləri məsləhətləşmə aparıblar

İran və Rusiya xarici işlər nazirlərinin müavinləri iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıqlarının genişləndirilməsi haqda danışıqlar aparıblar.

İRNA-nın məlumatına görə, İran xarici işlər nazirinin Asiya, Okeaniya və MDB məsələləri üzrə müavini İbrahim Rəhimpur və Rusiya xarici işlər nazirinin müavini İqor Morqolov çərşənbə axşamı günü Moskvada bir araya gələrək müxtəlif sahələrdə münasibətlərin möhkəmləndirilməsi üzrə iki tərəfin iradəsini vurğulayıblar.

İbrahim Rəhimpur və İqor Morqolov həmçinin Tehran və Moskvanın siyasi, iqtisadi, regional və beynəlxalq əməkdaşlıqlarının gücləndirilməsi, iqtisadi əlaqələrin inkişafı prosesinin davam etdirilməsi, iki ölkənin yüksək səviyyəli rəsmilərinin gələn aylarda səfər proqramları haqda fikir mübadiləsi aparıblar.

İki tərəf həmçinin İran və Rusiyanın regionda, xüsusilə də Suriyada terrorçularla müştərək mübarizədinin davam etdirilməsini vurğulayıb. 

İran və Rusiya xarici işlər nazirlərinin müavinləri İran İslam Respublikası prezidenti Həsən Ruhaninin Moskvaya səfər proqramını tənzimləməkdədirlər.

İran və Rusiya prezidentlərinin görüşü ötən dörd il ərzində iki tərəfin 10-cu görüşü olacaqdır.