Sərbəst güləş üzrə dünya çempionatı; İran və Amerika finalda
https://azeri.sahartv.ir/news/İran-i260050-sərbəst_güləş_üzrə_dünya_çempionatı_İran_və_amerika_finalda
Sərbəst güləş üzrə Dünya Çempionatı 2017-nin davamında bu gün İran və Amerika öz rəqiblərinin öhdəsindən gələrək, finala yüksəliblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 17, 2017 11:19 Asia/Baku
  • Sərbəst güləş üzrə dünya çempionatı; İran və Amerika finalda
    Sərbəst güləş üzrə dünya çempionatı; İran və Amerika finalda

Sərbəst güləş üzrə Dünya Çempionatı 2017-nin davamında bu gün İran və Amerika öz rəqiblərinin öhdəsindən gələrək, finala yüksəliblər.

İran qrup mərhələsindəki 3-cü qarşılaşmada Monqolustan komandası ilə mübarizə aparmalı olub. Rəqibini 7-1 hesabı ilə məğlub edən İran yığması yarışların finalına keçid vəsiqəsi əldə edib.

İranlı güləşçilər bundan öncə Türkiyə və Hindistan komandalarını 8-0 hesabı ilə məğlub etmişdilər.

"A" qrupunda mübarizə aparan Amerika komandası isə bu gün səhər Azərbaycan güləşçiləri ilə qarşılaşmalı olub. 4-4 hesabı ilə başa çatan mübarizənin sonunda Amerika xal fərqi ilə qalib elan edilib. Bununla da Amerika Dünya Çempionatı 2017-nin  final mərhələsində iştiraka vəsiqə qazanıb.

Final görüşü bu gün axşam İranın Kermanşah şəhərində keçiriləcək.