İran prezidenti iranlı güləşçiləri təbrik etdi
Fev 17, 2017 20:25 Asia/Baku
-
İran prezidenti iranlı güləşçiləri təbrik etdi
İran İslam Respublikası prezidenti Həsən Ruhani İranın sərbəst güləş üzrə milli komandasını Kermanşahda keçirilən sərbəst güləş üzrə 45-ci dünya çempionatının qalibi olması münasibəti ilə təbrik edib.
Həsən Ruhani öz müraciətində iranlı güləşçiləri İran bayrağının güləş yarışlarında dalğalandırılması münasibəti ilə təbrik edərək, deyib: Bu qələbə iranlı idmançıların idman sahəsində iftixar zirvələrini fəth etmək üzrə bacarığı və ləyaqətini təsdiq edən növbəti faktdır.
İranın sərbəst güləş üzrə milli komandası cümə günü axşam Kermanşahda keçirilən 45-ci dünya çempionatının final mərhələsində Amerika komandasını 5-3 hesabı ilə məğlub edərək, ardıcıl olaraq 6-cı dəfə dünya çempionu olub. Bu İranın dünya çempionatında 8-ci qəhrəmanlığıdır.