Cenevrədə anti-İran qətnamənin qəbul olunmasındakı bəzi tərəflərin fəaliyyəti pislənilib
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İrana qarşı insan haqları mövzusunda bir qətnamənin ilkin yazısının təqdim olunmasının İsveçin baş nazirinin son Tehran səfəri ilə əlaqəsi yoxdur.
İİR XİN sözçüsü Bəhram Qasimi şənbə günü deyib: İranofobiya dalğaları yaratmaq istiqamətində İrana qarşı planlaşdırılan mənfi atmosfer ücbatından təəssüflər olsun ki, yeddi ildir ABŞ və sionist rejimin başçılığı və bəzi qərb ölkələrinin müşayiəti ilə Cenevrədə Birləşmiş Millətlər Təşkilatının insan haqları şurasında hər il müştərək bir hərəkətdə bu tərəflər İrana qarşı qətnamənin ilkin mətnini hazırlayırlar bunlardan biri də İsveçdir.
İİR XİN sözçüsü deyib: Təqdim olunan qətnaməyə görə, BMT-nin Təhlükəsizlik Şurası hər il insan haqları durumunun araşdırılması üçün İran üzrə öz məruzəçisinin missiya müddətini uzadır.
Bəhram Qasimi deyib: İran, İrana qarşı insan haqları mövzusunda qətnamənin təqdim edilməsində hər hansı ölkənin hərəkətini pisləyir və özünün prinsipial siyasəti əsasında bu kimi hərəkətlərin insafsız, qeyri düzgün olduğu, İrandakı reallıqları əks etdirmədiyinə inanır.
İranın XİN sözçüsü deyib: Bu kimi hərəkətlər elə bir şəraitdə həyata keçirilir ki, bir çox ölkələr günahsız Yəmən, Suriya və İraq xalqlarının qırğın edilməsinə, terrorçu qrupların regiondakı himayədarlarının cinayətlərinə asanlıqla göz yumurlar.