Fev 19, 2017 18:39 Asia/Baku
  • İran parlamenti yol və şəhərsalma nazirinə yenidən etimad səsi verdi

İran İslam Şurası Məclisinin millət vəkilləri 176 lehinə səslə İranın yol və şəhərsalma naziri Abbas Axundiyə bir daha etimad ediblər.

İran İslam Şurası Məclisinin nümayəndələri bazar günü İranın yol və şəhərsalma naziri Abbas Axundinin impiçment edilməsi layihəsini araşdırıblar.

Yol və şəhərsalma nazirinin impiçment edilməsi layihəsinin lehinə və əleyhinə olan nümayəndələrin söhbətləri bitdikdən sonra, 257 deputatdan 74 lehinə, 176 əleyhinə və 5 bitərəf deputat Axundinin impiçment edilməsinə qarşı çıxıb və onun fəaliyyətini davam etdirməsini istəyib.

Abbas axundinin impiçment edilməsinin əsas səbəbi ötən milad ili noyabr ayında Təbriz-Məşhəd qatarında baş verən və onlarla sərnişinin həlak olması ilə nəticələnən qəza hadisəsindən ibarət olub.

Teqlər