Fev 19, 2017 20:15 Asia/Baku
  • Brucerdi: Sionist rejimlə əlaqələri normallaşdırma islam dünyasına xəyanətdir

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri bildirib: Hər bir islam ölkəsinin sionist rejimlə istənilən şəkildə əlaqələri normallaşdırması islam dünyasına xəyanətdir.

İRİB-in məlumatına görə, İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi əl-Məyadin televiziyasına verdiyi müsahibədə deyib: ABŞ, sionist rejim və müttəfiqləri tərəfindən şeytani siyasət region və islam ölkələri ilə əlaqələri normallaşdırma adı ilə izlənilir.

İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri bildirib: Regionun bəzi ərəb ölkələrinin sionist rejimlə əlaqələrini normallaşdırmağa cəhd etdiyi bir halda milyonlarla fələstinli hələ də didərgindir və BMT Təhlükəsizlik Şurasının qətnamələri olmasına baxmayaraq, məzlum Fələstin xalqının hüquqlarını tapdalamağı davam etdirir.

Brucerdi Tehranda 6-cı Fələstin İntifazəsinə Dəstək Beynəlxalq Konfransının keçirilməsinə münasibət bildirib: İRanın xarici siyasət səhnəsində önəmli məsələ Fələstin məsələsidir və Fələstin konfransında müxtəlif ölkələr, xüsusilə islam ölkələrini parlament rəhbərləri iştirak edəcəklər.

6-cı Fələstin İntifazəsinə Dəstək Beynəlxalq Konfransı 21-22 fevralda dünyanın 80 ölkəsindən 700 qonağın iştirakı ilə Tehranda keçiriləcək.

Teqlər